SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Adolf Hitler | SƏSLİ KİTAB #31
    Kitabda Adolf Hitlerin həyatı XX əsr tarixinin əsas şəxsiyyəti kimi ətraflı şəkildə təsvir edilir. Ədəbiyyat və ilkin mənbələrin 20 il boyu öyrənilməsi nəticəsində müəllif Hitlerin şəxsiyyəti və ətrafı haqqında mübahisəli və mifə çevrilmiş məqamlara aydınlıq gətirib.
    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
    Ruscadan tərcümə: Hökümə Həbibova
    15 min
  • Philip Kotler - A-dan Z-yə Marketinq | SƏSLİ KİTAB #30
    Marketinq sahəsində dünya şöhrətli mü­təxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir. Biznesmenlərin, istənilən dərəcəli marketinq üzrə şöbə menecerlərinin və tələbələrin təqdim olunan əsəri oxuması mütləqdir.
    8 min
  • Seth Godin - Bənövşəyi İnək | SƏSLİ KİTAB #29
    Ənənəvi marketinq daha işləmir... Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam...” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli ol­du­ğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çe­virməkdir.
    Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. “Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen.
    Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mü­­­­təxəssisləri, reklamçılar, sahibkarlar, istehsal mene­cerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
    12 min
  • Finlandiyadan 100 sosial innovasiya | SƏSLİ KİTAB #27
    Finlandiyanın keçmiş deputatı İlkka Taypale tərəfindən hazırlanan "Finlandiyadan 100 sosial innovasiya" kitabı fin düşüncə tərzi və finlərin problemlərə yanaşma tərzini mükəmməl şəkildə özündə əks etdirir. Kitabda Finlərin həyatın müxtəlif sahələrini-mədəniyyət, idman, siyasət, incəsənət, məişət və.s. əhatə edən innovasiyaları toplanıb. Kitab indiyə qədər 27 dilə çap olunub. "Finlandiyadan 100 sosial innovasiya" kitabı Finlandiya Prezidenti Sauli Niinistönün ön sözü ilə çap olunub.
    10 min
  • Fərəh Pəhləvi - Xatirələr | SƏSLİ KİTAB #26
    Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.
    Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
    Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.
    12 min
  • Henri Ford - Həyatım və İşim | SƏSLİ KİTAB #25
    “Həyatım və işim” kitabı avtobioqrafik əsərdir. Bu kitab ən böyük Amerika sahibkarlarından və iş adamlarından biri hesab olunan, avtomobil “kralı” Henri Fordun yüksəlişi və uğurlarından bəhs edir. “Ford Motor Company” XX əsrin əvvəllərində durğunluq dövründə yaransa da, qısa müddət ərzində avtomobil sənayesi sahəsində canlanma yarada bilmişdi. Əsərdə biznesin təşkili üçün söylənilən fəlsəfi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Digər biznesmenlər gəlir arxasınca qaçarkən, Ford hər kəs üçün əlçatan məhsullar istehsal edərək, xidmətetməni təkmilləşdirirdi. “Həyatım və işim” kitabı ömrünü avtomobil sənayesinin inkişafına həsr edən, dünyanın biznes qanunlarını dəyişən, humanizm prinsipi ilə işləyən iş adamının qiymətli fikirləri ilə zəngindir.
    11 min
  • Isa Muğanna - Xatirələrdə | SƏSLİ KİTAB #24
    Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və nəhayət, Muğanna təxəllüsünə necə yetişməsi) və onun haqqında dostları, qələm yoldaşları və qohumlarının xatirə yüklü yazıları yer alıb. Geniş oxucu kütləsi üçün nəşr edilən bu kitab İsa Muğannanın 90 illik yubileyinə ithaf olunur.
    12 min
  • Liam Foks - Şahə qalxan dalğalar | SƏSLİ KİTAB #23
    Yeni eranın çağırışları ilə üz-üzə Dünya bizim təsəvvür edə biləcəyimizdən daha çox və sürətlə dəyişib. Hesab oluna bilər ki, siyasi liderlər də daxil olmaqla insanlar hələ də qlobal biznes, maliyyə bazarları, müəyyən mənada dünyamiqyaslı şəbəkə çərçivəsində yeni qarşılıqlı əlaqələrin müasir erada bizim necə fəaliyyət göstərməyimizə təsirini anlamaqda ləngiyirlər. Liam Foks əvvəlcə qərar qəbul etməyə məsul şəxslərin nələri dünyada stabilliyə və sülhə təhlükə kimi gördüklərinə dair suallar irəli sürür, sonra isə öz tibbi təhsilindən əxs etdiyi üsulları tətbiq edir, nümunələr toplamaqla diaqnoz qoyur və müalicə yolunu göstərir. Liam Foksun kəşflərlə dolu səyahəti bir sıra vacib məsələlər qaldırır və oxucunu zəruri və hərtərəfli məlumatlarla təmin edir. Dünya nəhayət ki, Versal müqaviləsindən sonrakı dövrün axırlarına yaxınlaşmaqdadır, artıq elə bir zaman gəlib ki, nə iki super güc, nə də ki, soyuq müharibə qarşıdurmaları dominantlıq edir. Nəsibimiz şahə qalxan dalğalarda üzmək, yoxsa batmaq olacaqdır? Dr. Liam Foks Britaniya Parlamentinin Şimali Somersetden üzvü və müdafiə məsələri üzrə keçmiş dövlət katibidir. "Şahə qalxan dalğalar" onun ilk kitabıdır. Hal hazırda Somersetde yaşayır.
    14 min
  • Milan Kundera - Ölümsüzlük | SƏSLİ KİTAB #22
    Milan Kundera – XX-XXI əsrlərin kəsişməsindəki ən maraqlı və çox oxunan nasirlərdən biridir. «Ölümsüzlük» onun ən çox düşünülmüş və eyni zamanda da intellektual nəsrin bestsellerinə çevrilmiş ən sirli romanıdır. O, oxucuları üslub rəngarəngliyi, hisslərin mürəkkəbliyi və qəhrəmanların düşüncələri ilə ovsunlayır.
    Dahi Höte Heminqueylə söhbət edir. Bettina fon Arnim dahi Höteyə olan qeyri-adi hissləriylə əbədilik axtarır, iyirmi il xoşbəxt ailə həyatı yaşayan Anyes ölümdən sonra tək qalmağı arzuladığını başa düşür, üzgüçülük paltarında olan yaşlı xanım isə gənc və gözəl qadın ədasıyla yüngülcə jest edir – bütün bunları zaman və məkan boşluğu arxasından müəllif diqqətlə izləyir. Sanki onun əlində sehrli şüşə var, dairə boyunca qaçaraq zərif hərəkətlərlə və kobud düşüncələrlə, işlə, qayğılarla, özgələşdirilmiş sevgi və hisslərin illüziyası ilə bu şüşənin arxasındakı insan qəlbinin bir və əsas hissəsini – ölümsüzlüyü işıqlandırır.
    12 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners