SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Paulo Coelho - Kimyagər | SƏSLİ KİTAB #11
    Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
    Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.
    Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
    12 min
  • Stefan Svayq - Şahmat | SƏSLİ KİTAB #9
    Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” (alm. Schachnovelle )əsərialman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunan əsər Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

    Avropa mədəniyyətinə vida edərkən həyata da vida etməyi seçən Sveyq, həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş elədi. Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır.
    16 min
  • Yuval Noah Harari - XXI əsr üçün 21 dərs | SƏSLİ KİTAB #8
    Yuval Harari anlaşılması gündən-günə çətinləşən yaşadığımız bu dünyadan yazır. İnsanlıq özünü nüvə müharibəsi, ekoloji fəlakət və texnoloji qəzalar təhlükəsindən necə xilas edə bilər? Yalan xəbərlər epidemiyası ilə mübarizə aparmaq iqtidarındayıqmı? Dünyada hansı sivilizasiyalar dominantlıq edir – Şərq, Qərb? Terrorizmə qarşı hansı tədbirləri görməliyik?
    Müəllif özünəməxsus aydın fikirlərlə diqqətimizi bugünkü dünyamızın heyrətamiz problemlərinə cəlb edir. Kitabın əsas hədəfi oxucunun fikrini dünyadakı daimi və təhlükəli dəyişikliklərə yönəltmək, həm də onda həyat qabiliyyətini gücləndirmək, rəhmdillik hissini və kritik düşünmə vərdişlərini inkişaf etdirməkdir.
    11 min
  • Ziqmund Freyd - Psixoanaliz | SƏSLİ KİTAB #7
    Psixoanaliz təliminin yaradıcısı olan Ziqmund Freydin sizə təqdim etdiyimiz bu kitabı onun geniş dinləyici auditoriyası üçün oxuduğu mühazirələrin birinci bölümüdür. Adından da göründüyü kimi, bu əsər psixoanaliz təlimini daha geniş çevrədə, anlaşıqlı bir dildə tanıtmaq məqsədi güdür. Freydin təlimini öyrənmək istəyən anadilli oxucularımızın işinə yarayacağını düşündüyümüz üçün bu kitabı dilimizə çevirib yayınlamağı gərəkli sayırıq.
    9 min
  • Əsəd Bəy - Qafqazın on iki sirri | SƏSLİ KİTAB #6
    Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər…

    Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.
    13 min
  • Banin - Qafqaz günləri | SƏSLİ KİTAB #5
    Fransada yaşayıb-yaratmış Ümmülbəni (Banin) iki məşhur neft milyonçusunun —Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir.
    12 min
  • Og Mandino - Dünyanın Ən Böyük Satıcısı | SƏSLİ KİTAB #4
    Oq Mandino, kitabları 22 dilə çevrilmiş, 36 milyondan çox nüsxəsi satılmış 18 nəşrin müəllifidir. Onun fərdi inkişaf sahəsində qələmə aldığı əsərlər ən çox oxunan ədəbiyyatlar siyahısındadır. Oxumağa başlayacağınız “Dünyanın ən böyük satıcısı” kitabı da müəllifin fərdi inkişaf sahəsində qələmə aldığı ən təsirli əsərlərdən biridir. Klassik fərdi inkişaf əsərlərindən fərqli olaraq Oq Mandino əsərini hekayələşdirib, bütün hadisə və situasiyalar olduqca canlı, təsirli, öyrədici təsvir olunub. Əsərdə əsas diqqət bu gün kim olduğunuza deyil, sabah nəyə başlayacağınıza yönəldilib.
    Oxucu bir daha əmin olacaq ki, bu həyatda hər kəs satıcıdır və onun qazanacağı uğur özünü, bacarıqlarını başqalarına necə təqdim edəcəyindən birbaşa asılıdır. Gənc dəvə çobanı Hafidi uğura aparan yol sizin də gələcəyinizə işıq tutacaq və həyatınızı dəyişdirməyə imkan yaradacaqdır. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq siz də mütləq bir gün dünyanın ən böyük satıcısına çevriləcəksiniz.
    9 min
  • Corc Kleyson - Babilin Ən Varlı Adamı | SƏSLİ KİTAB #3
    «Babilin ən varlı adamı» – bu kitab, pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılmışdır. Müəl­lif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir.

    Düşünülə bilər ki, axı burada yeni nə var? Yenilik isə ondan ibarətdir ki, o bunu, bütün süjet xəttini Qədim Babil tarixindən keçirdərək edir. Belə ki, Qədim Babil bu gün də aktual qalan əsas maliyyə qanunlarının beşiyi sayılır. Onun qəhrəmanları isə babilli tacirlər, peşə sahibləri, «bankirlər» və qeyriləridir.

    Kitab sadə dillə yazılıb və olduqca oxunaqlıdır. Bu çox maraqlı bestsellerdə ən təkəbbürlü məqsədlərə çatmağın sirləri, müvəffəqiyyət və zənginliyin açarı gizlidir. Məşhur «Babil əfsanələri» milyonlarla oxucuya uğur və sərvət axtarışına ruhlanmağa kömək edib.
    11 min
  • Amin Maalouf - Səmərqənd | SƏSLİ KİTAB #2
    Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla ke­çirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edil­diyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.
    12 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners