SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Yuval Noah Harari - Homo Deus - Sabahın Qısa Tarixi | SƏSLİ KİTAB #41
    “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabında insanın dünyanı necə fəth etdiyini izah edən Harari “Homo deus”da “sabah başımıza nə gələcək” sualına cavab verməyə çalışır.
    XX əsrin ikinci yarısında bəşəriyyət yeni inkişaf modelinə keçəcək. Sosial münasibət və dəyərlərin digər formaları meydana gələcək.
    Harari gələcəkdə insanların möhkəm sağlamlıq, xoşbəxtlik və ölməzlik qazanacağına əmindir.
    Orqanizm alqoritmlərdən ibarətdir. Buna görə də Homo sapiens yerini Homo deusa verəcək. İnsanı müqəddəsləşdirən Humanizm məlumat selini mühüm sayan Dataizmlə əvəz olunacaq.
    Cəmiyyəti formalaşdıran prinsiplər XXI əsrdə kökündən dəyişiləcək, bu isə həyatımıza mütləq öz təsirini göstərəcək. İndiyə qədər bəşəriyyət aclıq, epidemiya və müharibələrlə mübarizə aparırdı, bundan sonra xoşbəxtlik, ölməzlik və ilahi güc qazanmağa çalışacaq. Bütün bunları əldə edə bilsək, dünyamız necə olacaq? “Homo deus”u oxuyun və yeni eranın gəlişinin əlamətlərini indidən öyrənin!
    13 min
  • Çingiz Xan - Mişel Yoanq | SƏSLİ KİTAB #40
    Monqol qəbilələrini bir bayraq altında birləşdirərək dünya tarixinin ən nəhəng imperiyasını yaratmış Çingiz xan Sakit okean sahilləri yaxınlığından Xəzər dənizinəcən uzanan ucsuz-bucaqsız əraziyə hökmranlıq edib. Ölümündən 800 il keçməsinə baxmayaraq qəbrinin harada olduğu hələ də bilinməyən bu qüdrətli şəxsiyyətin həyatı bir-birindən maraqlı, heyrətamiz, elə bir o qədər də tükürpərdici faktlarla zəngindir.
    Məşhur fransız tarixçisi və şərqşünası Mişel Yoanqın bu kitabı Çingiz xan haqqında yazılmış ən yaxşı əsərlərdən sayılır. Əsər xarakterində mərhəmətlə qəddarlığı birləşdirən və bu səbəbdən barəsində xeyli təzadlı fikirlər dolaşan böyük xanla bağlı bütün suallara aydın cavab verir.
    10 min
  • Gavin Francis - İnsan Vücuduna Səyahət | SƏSLİ KİTAB #39
    Vücudumuzu yaxından tanıdığımızı zənn etsək də, insan bədəni əslində, çoxumuz üçün kəşf edilməmiş ərazidir. Hansımız qəlbin insan rifahı ilə necə bir bağlantısı olduğunu bilir? Ya da epilepsiya tutmaları beyinə necə təsir edir? Və ya ayaq insanlıq nöqteyi-nəzərindən niyə mühüm rol oynayır? Təltiflərə, mükafatlara layiq görülmüş “İnsan vü­cuduna səyahət” kitabı oxucuları bədənin gizli qalmış cığırlarıyla sirli bir səyahətə çıxararkən, orqanlarımızın möcüzəli iş prinsipini dərk etməyimizdə bizə yol göstərir, istiqamət verir.
    Cərrah, təcili tibbi yardım mütəxəssisi və ailə həkimi kimi qazandığı təcrübələrdən yola çıxan Fransis xəstələrinin başına gələnləri tibb tarixi, fəlsəfə və ədəbiyyatla əlaqə­ləndirərək, insan vücudunun xəstəlikdə və sağlamlıqda, ya­şayarkən və ölərkən necə olduğunu izah edir. “İnsan vücuduna səyahət” vücudunuza baxış bucağınızı dəyiş­dirəcək poetik və təsirli bir kitabdır.
    8 min
  • Stiven Hoking | SƏSLİ KİTAB #38
    Stephen Hawking nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınmışdır. Kvant kosmologiyasının əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hawking həm də bu elmin kütləviləşməsi istiqamətində mühüm işlər görmüşdür. Onun “Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən kitablar sırasındadır. Stephen Hawking ömrünün əlli ildən çoxunu əlil arabasında keçirməyə gətirib çıxarmış amansız xəstəliklə mübarizəsi və buna baxmayaraq, böyük elmi uğurlara imza atmağı bacarması ilə də seçilmişdir. “Böyük suallara qısa cavablar” əsərini Stephen Hawking-in bir alim və ictimai xadim kimi vəsiyyəti, insanlığa çağırışı və onun gələcək taleyi ilə bağlı müdrik məsləhətləri kimi də dəyərləndirmək olar. Həyatının son ilində, ən müxtəlif söhbət və müsahibələrindən ibarət olan arxiv əsasında yazmağa başladığı bu əsəri bitirməyə amansız ölüm imkan verməsə də, Stephen Hawking fondu və onun həmkarları əsəri tamamlayıb geniş oxucu kütləsinin sərəncamına vermişlər. Sadə, anlaşıqlı və estetik zövqlə yazılmış kitabın Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edirik.
    9 min
  • Hüseynqulu Sarabski - Köhnə Bakı | SƏSLİ KİTAB #37
    «Köhnə Bakı» kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xa­tirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.
    «Köhnə Bakı» adlı bu əsərdə keçmiş Bakının adət-ənənələri, məşğələ və oyunları, «qəhrəmanları», Azərbaycan teatrının o dövrdəki vəziyyəti, ayrı-ayrı sənətkarlar haqqında qiymətli məlumatlar öz əksini tapmışdır.
    11 min
  • Qriqoriy Petrov - Ağ zanbaqlar ölkəsi | SƏSLİ KİTAB #36
    “Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
    17 min
  • Alber Kamyu - TAUN | SƏSLİ KİTAB #35
    Alber Kamyunun 1947-ci ildə yayımlanan romanıdır.Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitapda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir.
    11 min
  • Og Mandino - Dünyanın Ən Böyük Satıcısı | SƏSLİ KİTAB #34
    Oq Mandino, kitabları 22 dilə çevrilmiş, 36 milyondan çox nüsxəsi satılmış 18 nəşrin müəllifidir. Onun fərdi inkişaf sahəsində qələmə aldığı əsərlər ən çox oxunan ədəbiyyatlar siyahısındadır. Oxumağa başlayacağınız “Dünyanın ən böyük satıcısı” kitabı da müəllifin fərdi inkişaf sahəsində qələmə aldığı ən təsirli əsərlərdən biridir. Klassik fərdi inkişaf əsərlərindən fərqli olaraq Oq Mandino əsərini hekayələşdirib, bütün hadisə və situasiyalar olduqca canlı, təsirli, öyrədici təsvir olunub. Əsərdə əsas diqqət bu gün kim olduğunuza deyil, sabah nəyə başlayacağınıza yönəldilib.
    Oxucu bir daha əmin olacaq ki, bu həyatda hər kəs satıcıdır və onun qazanacağı uğur özünü, bacarıqlarını başqalarına necə təqdim edəcəyindən birbaşa asılıdır. Gənc dəvə çobanı Hafidi uğura aparan yol sizin də gələcəyinizə işıq tutacaq və həyatınızı dəyişdirməyə imkan yaradacaqdır. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq siz də mütləq bir gün dünyanın ən böyük satıcısına çevriləcəksiniz.
    9 min
  • Orxan Qaravəli - Tanıdığım Nazim Hikmət | SƏSLİ KİTAB #33
    Kitab görkəmli türk şairi Nazim Hikmətin keşməkəşli həyatını və yaradıcılığından fraqmentləri andırır oxucusuna. Xatirə üslubunda qələmə alınan əsərdə şairin uşaqlığı, gəncliyi, həbsxana dövrü və Moskva həyatından maraqlı lövhələr verilib. Memuarı (eyni zamanda burada getmiş şeirlərin və şeir parçalarını) dilimizə uyğunlaşdıran Azad Qaradərəlidir.
    10 min
  • Robert Kiyosaki Sharon Lechter - Varlı ata, Kasıb ata | SƏSLİ KİTAB #32
    Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.

    Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.

    Kitabdan çıxan başlıca nəticə odur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq, səmərəli istifadə etməkdir. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.

    Söz yox ki, “Varlı ata, kasıb ata” kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün faydalı kitabdır.
    9 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners