SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Gabriel Garcia Marquez - Polkovnikə məktub yoxdur | SƏSLİ KİTAB #61
    Misilsiz bir sənət nümunəsi olan – “Polkovnikə məktub yoxdur” əsəri ilk dəfədir ki, Azərbaycan dilində ayrıca kitab kimi nəşr olunur.

    …Polkovnik gənc yaşlarında böyük bir qəhrəmanlıq göstərib – sülh sazişi imzalanacaq yerə üsyançıların qızıl xəzinəsini çatdırıb. Üstündən əlli il ötəndən sonra da o, bu igidliyin müqabilində cavab gözləyir, gözləməkdən usanmır – sağ qalmış sonuncu müharibə veteranları ilə birlikdə bir ayağı burda, bir ayağı gorda olan qoca polkovnik ədlətin zəfər çalacağına inamını itirmir. Aclığa, yoxsulluğa sinə gərib həsrətlə, intizarla xəbər gözləyən, polkovnikin dəmir inamı, bu yolda dözdüyü olmazın məşəqqətlər onun cavanlığında göstərdiyi rəşadətdən daha böyük bir qəhrəmanlığa çevrilir.
    Müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan Q.Q.Markes əsər barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağına gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O həsrətlə limandakı gəmilərə baxırdı. Bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim…”
    11 min
  • Ksenofon - Sokrat haqqında xatirələrim | SƏSLİ KİTAB #59
    Ksenofonun öz müəllimi olmuş Sokrat haqqında yazdığı üç kitabı bugünümüzə gəlib çatmışdır: “Sokrat haqqında xatirələrim”, “Ev tikmək haqqında”, “Qonaqlıqda”. Ksenofonun baxışlarınıza çatdırdığım “Sokrat haqqında xatirələrim” kitabında müəllif özünün şahidi olduğu hadisələrlə yanaşı, çağdaşlarından Sokrat haqqında eşitdiyi bir sıra hadisələri də yazıya almışdır. Ona görə də “Sokrat haqqında xatirələrim” kitabı Sokratı tanıtmaqdan başqa, o çağların reallıqlarını öyrənmək baxımından da maraqlıdır. Mənim düşüncəmə görə, Sokratla baş verən “tanışlıqda” ən başlıcası insanın düşüncələrinin yeniləşməsi, itiləşməsi və kəskinləşməsidir; bu halı yaşayan oxucu hadisələrə hamı kimi yanaşmaqdan çəkinir, onların görünməyən tərəflərinə diqqət yetirməyə çalışır, fərqli və müstəqil düşüncəyə alışmaq üçün bir sınaq testindən keçmiş olur. Ksenofonun “Sokrat haqqında xatirələrim” kitabının anadilli oxucularımızın bütün təbəqələri üçün maraqlı olacağını düşünürəm.
    10 min
  • Oljas Süleymenov - Türklər tarixdən əvvəl | SƏSLİ KİTAB #58
    Slavyan və türk dilləri uzun illər boyunca bir-birindən ayrı surətdə, əlahiddə şəkildə tədqiq edilib. Bu kitabda isə bir-biri ilə tarixən sıx ünsiyyətdə olan iki mədəniyyətin kökləri, slavyan və türk etnoslarının qarşılıqlı əlaqədə inkişafı haqqındakı elmi-nəzəri fikirlər yer alır.
    Dillərin təşəkkülünün ilkin dövrlərində qrammatik normaların birgə işlənib hazırlanmasına, leksik materialların, morfoloji sxemlərin və vasitələrin fəal qarşılıqlı mübadiləsinə dair dəyərli məlumat və mülahizələr də əsərdə öz geniş əksini tapır.
    Türk və slavyan dillərinin və onların qrammatikalarının bir-birini necə tamamlaması məsələsi Türklər tarixdən əvvəl adlı bu kitabda elmi-konseptual cəhətdən əsaslandırılıb.
    Slavyanşünasların və türkoloqların birgə çalışmalarının aktuallığı və vacibliyi problemi müəllif tərəfindən ön plana çəkilib. Ümid edirik ki, bu araşdırmalar təkcə ümumi dilçiliyin deyil, digər ictimai elmlərin də daha da inkişaf etməsinə təkan vermiş olacaq.
    10 min
  • Xalid Hüseyni - Çərpələng uçuran | SƏSLİ KİTAB #57
    Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?
    8 min
  • Hillari Klinton - Çətin seçimlər | SƏSLİ KİTAB #56
    Dünya mətbuatı "Çətin seçimlər" kitabı haqqında "Məharətlə və həssaslıqla yazılmış bir kitabdır..." "THE NEW YORK TIMES" "Məlumatlar aydın, yeri düşdükcə isə olduqca maraqlıdır". "THE WASHINGTON POST" "Çox dəyərli, hətta heyrət doğuran bir kitabdır". "FOREIGN AFFAIRS" "Özündə tarixə dair dəyərli məlumatlar ehtiva edir..." "THE HOUSTON CHRONICLE" "İfadəlidir..." "ENTERTAINMENT WEEKLY" "Əhəmiyyətinin dərinliyi inkaredilməzdir". "FINANCIAL TIMES" (BÖYÜK BRİTANİYA) "Klintonun uğuru qabağı görmək üçün keçmişə baxmaq məharətindədir..." "HANDELSBLATT" (ALMANİYA) "Valehedici bir kitabdır..." "NEDERLANDS DAGBLAD" (HOLLANDİYA) "Maraqlı və heyranedici bir kitab..." "SYDNEY MORNING HERALD" (AVSTRALİYA) "Heyranedici hekayədir... Burada hər şeydən öncə özünü göstərən məqam Klintonun qırılmayan əzmidir". "THE GUARDIAN" (BÖYÜK BRİTANİYA)
    6 min
  • Aleksandr Düma - Üç muşketyor | SƏSLİ KİTAB #55
    Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiy­ya­tının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazıl­masına baxmayaraq bu əsər müasir dövrdə də öz populyar­lığını itir­məyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclə­rin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, his­slərin romanti­kası – bütün bunlar təkcə Fransada deyil, onun sər­hədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir. Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir. “Üç muşketyor” elə bir ədəbi-bədii xəzinədir ki, zaman bu xəzinəni daha da zənginləşdirir, yeni ədəbi nəsillərin tükənməz sərvətinə çevirir.
    9 min
  • Qurban Səid - Qızıl buynuzdan olan qız | SƏSLİ KİTAB #53
    Məşhur “Əli və Nino” romanının müəllifi kimi tanıdığımız Qurban Səidin ilk dəfə 1938-ci ildə Vyanada nəşr olunmuş “Qızıl Buynuzdan olan qız” əsəri yazıçının ustalığı və mətnin bədii siqləti cəhətdən diqqəti çəkir. Şərq və Qərb mədəniyyətləri, dəyərləri, adət-ənənələri, düşüncələri arasındakı amansız müba­rizəni əks etdirən roman bu gün dünyanın onlarla dilinə tərcümə edilib, oxucuların qəlbini fəth edib. Əminik ki, əsər tezliklə Azər­baycan oxucularının da diqqətini çəkəcək, onların masaüstü kitabına çevriləcək.
    9 min
  • Xacə Nəsirəddin Tusi - Əxlaqi Nasiri | SƏSLİ KİTAB #52
    Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
    11 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners